Sabah bu ərazilərdə işıq olmayacaq 

Sabah Nazçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Nov 11, 2025 - 16:10
Sabah bu ərazilərdə işıq olmayacaq 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qaraağac " hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

Bu səbəbdən noyabrın 12-də saat 09:30-dan 12:30-dək Qaraağac kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.