Mixail Saakaşvili vətəndaşları etiraza çağırdı – “Partiyaları gözləməyin…”
“Mən xalqın əhəmiyyətli hissəsinin aksiyaları sürətləndirmək istəyini başa düşürəm, lakin günahı partiyaların üzərinə atmaq yalnız oliqarx rejiminə əl verir”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili “Facebook” səhifəsində yazıb.
Saakaşvili fəal vətəndaşları yaxın saatlarda və günlərdə etiraz aksiyasına başlamağa çağırıb.
“Kim istənilən, hətta kiçik qrupun partiyaları gözləmədən öz etirazını ifadə etməsinə mane olur? İnanıram ki, belə fəal vətəndaşlar var və onları yaxın saatlarda və günlərdə etiraz aksiyalarına başlamağa çağırmaq istərdim. 2003-cü ildən fərqli olaraq, sosial media indi daha sürətli təşkilatlanmaya imkan verir. Bu etirazın önündə yalnız partiya liderləri olsa, onları neytrallaşdırmaq nisbətən asan olar. İndi kütləvi özünütəşkilat və özünütəşəbbüs vacibdir, qoy partiyalar öz işlərini görsünlər, siz də öz işinizi edin. Odur ki, heç kimi gözləməyin, “Facebook”da narazılığınızı bildirməklə məhdudlaşmayın, çıxın və diktaturaya qarşı çıxış edin! Diktatura qalib gələ bilməz!” – deyə Saakaşvili vurğulayıb.
Xatirə SADİQ