"Qarabağ" "Vestri" qarşısına bu 11-liklə çıxacaq - Onlar siyahıda yoxdur

"Qarabağ" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini dünən gecə UEFA-ya təqdim edib.

Jul 9, 2026 - 13:55
"Qarabağ" "Vestri" qarşısına bu 11-liklə çıxacaq - Onlar siyahıda yoxdur

SAVASHMEDİA.az xəbər verir ki, qurumun rəsmi saytında açıqlanan yekun siyahıda 24 futbolçu yer alıb. 

Onlardan 4 nəfəri - Teymur Həsənov, Bilal Hacıyev, Hikmət Cəbrayılzadə və Əli Bəşirov klubun özünün yetirməsidir və B siyahısında yer alır. Bu, UEFA-nın Avropa kubokları yarışına qatılan hər bir klub üçün mütləq tələbidir.

"Qarabağ"ın legionerlərindən Joni Montiel, Jeremi Qnali və yeni transferlərdən qapıçı Martin Zlomisliç "Vestri" ilə oyunlar üçün siyahıda yer almayıb. Amma onlar növbəti avrokuboklar matçları üçün siyahıya düşə bilərlər.

"Qarabağ"ın iştirak ərizəsi:

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Teymur Həsənov (B), Bilal Hacıyev (B) Mateuş Koxalski

Müdafiəçilər: Mateus Silva, Bençe Varkonyi, Bruno Lanqa, Bəhlul Mustafazadə, Dani Bolt, Elvin Cəfərquliyev, Bədavi Hüseynov.

Yarımmüdafiəçilər: Jali Muaddib, Marko Yankoviç, Abdullah Zubir, Kadi, Oleksey Kaşuk, Cebrail Makreşkis, Hikmət Cəbrayılzadə (B), Pedro Bikalyo, Əli Bəşirov (B), Samuel Lobato.

Hücumçular: Zakariya Savo, Musa Qurbanlı, Renaldo Sefas.