Rusiya müdaxiləsi zamanı Trampın elçisi Polşaya uçurmuş

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq sentyabrın 10-na keçən gecə – Rusiya pilotsuz uçuş aparatlarının Polşa ərazisinə irimiqyaslı hücumu zamanı Varşavaya gedirmiş.

Sep 11, 2025 - 13:52
Rusiya müdaxiləsi zamanı Trampın elçisi Polşaya uçurmuş

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə CNN məlumatlı mənbəyə istinadən məlumat yayıb.

CNN qeyd edib ki, Kelloq prezident Donald Trampın tapşırığına əsasən həmin gün Polşaya səfər edib. Bu yaxınlarda isə onun Ukraynaya yollanacağı gözlənilir.

Ukraynadakı müharibədən sonra ilk dəfə NATO bu dron hücumuna görə öz ərazisini müdafiə etmək üçün atəş gücündən istifadə etməli olub. CNN-in məlumatına görə, Rusiya PUA-ları İtaliya, Almaniya və alyansın çoxmillətli qüvvələrinin dəstəyi ilə Polşa və Niderland qırıcıları tərəfindən ələ keçirilib.

Xatirə SADİQ