Bayden seçkidə Trampa qalib gələ biləcəyini iddia edib
Ağ Evi tərk etməyə hazırlaşan Co Bayden iddia edib ki, prezidentlik yarışında qalsaydı, Donald Trampı məğlub edə bilərdi.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Bayden “USA Today” telekanalına müsahibəsində deyib.
Amerika prezidentinin sözlərinə görə, onun bu qənaəti tanış olduğu sorğuların nəticələrinə əsaslanır.
“Xələfi Trampı məğlub edə bilərdimi” sualına cavab verərkən Bayden belə deyib: “Bu, özünəgüvəndir, amma mən belə düşünürəm”.
Lakin o, növbəti dördillik prezident dövrünü davam etdirmək üçün qüvvəsinin çata biləcəyi ilə bağlı suala cavabında belə əminlik nümayiş etdirməyib. “Bilmirəm”, - deyə cavab verib.
Xatırladaq ki, Baydenin tərəfdaşları 2024-cü ilin yayında Trampla uğursuz debatından sonra onun seçki yarışından çəkilməsini tələb etdilər.
Xatirə SADİQ