Rusiya Zaporojyedəki sənaye obyektini vurdu
Rusiya ordusunun Ukraynanın Zaporojyedəki sənaye obyektinə zərbə endirməsi nəticəsində bir nəfər ölüb, 30-a yaxın şəxs yaralanıb.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə regional hərbi administrasiyanın rəhbəri İvan Fedorov “Telegram”da yazıb.
“Düşmənin Zaporojyeyə hücumu nəticəsində 30 nəfər vilayət mərkəzindəki xəstəxanalara çatdırılıb. Hadisə yerində 7 tibb briqadası, polis və fövqəadə halların əməkdaşları işləyir”, - deyə o, vurğulayıb.
Zaporojye bölgəsi üçün hava hücumu xəbərdarlığı uerli vaxtla saat 16.40-da bitib.
Xatirə SADİQ