Kreml sözçüsü Moldova prezidentindən sübut tələb etdi - "Əlinizdə nəsə var?"

“Moldova prezidenti Maya Sandu xaricilərin prezident seçkilərinə müdaxiləsinə dair sübut təqdim etməlidir”.

Oct 21, 2024 - 13:20
Kreml sözçüsü Moldova prezidentindən sübut tələb etdi - "Əlinizdə nəsə var?"

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, həmin cinayətkar qruplara qarşı kifayət qədər ciddi ittihamdır və ictimaiyyətə hansısa sübutlar təqdim edilməlidir”, - deyə Peskov vurğulayıb. 

Xatırladaq ki, Moldovada prezident seçkilərinin ilkin nəticələri açıqlandıqdan sonra Maya Sandu xarici qüvvələrlə birlikdə cinayətkar qrupların 300 min səs almaq üçün hərəkətə keçdiyini bildirmişdi. 

“Bu, demokratiyaya güzəştə getmək üçün misli görünməmiş bir cinayətdir", deyə Sandu bildirmişdi. 

Xatirə SADİQ