Tramp Putini həqiqətən təhdid edib? - Kremldən "səni düz Moskvanın mərkəzində vuraram"a cavab

“ABŞ-nin keçmiş prezidenti və bu posta namizəd Donald Trampın Moskvanın mərkəzinə zərbə endirmək təhdidi ilə bağlı dedikləri seçki kampaniyası ilə bağlıdır”. 

Oct 21, 2024 - 13:38
Oct 21, 2024 - 13:38
Tramp Putini həqiqətən təhdid edib? - Kremldən "səni düz Moskvanın mərkəzində vuraram"a cavab

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, seçki kampaniyasının son mərhələsində ABŞ-də çoxlu qızğın emosional bəyanatlar səsləndirilir. 

“Trampın Rusiya prezidenti Vladimir Putinlə söhbəti zamanı belə təhdidlər edib-etmədiyi” barədə suala cavab verən Peskov deyib ki, Kreml danışıqların məzmununu açıqlamır. 

“Biz əvvəlki kimi yüksək səviyyədə aparılan danışıqların məzmununun ictimaiyyətə açıqlanmaması baxımından hələ də çox məsuliyyətli mövqe bildirməyə üstünlük veririk. Təəssüf ki, bir sıra dünya liderləri bu mövqeyə sadiq deyil və belə informasiya “gigiyenasına” əməl etmirlər. Bu, onların vicdan məsələsidir”, - deyə sözçü vurğulayıb.

Qeyd edək ki, Donald Tramp “The Wall Street Journal”a müsahibəsində bildirib ki,vaxtilə Ukrayna ilə bağlı Putinə sərt xəbərdarlıq edib: “Vladimir, əgər sən Ukraynanı təqib etsən, sənə elə zərbə vuracağam ki, hətta sən inana bilməyəcəksən. Mən sənə düz lənətə gəlmiş Moskvanın mərkəzində zərbə endirəcəyəm”.

Tramp bu dialoqun nə vaxt və hansı şəraitdə baş verdiyini açıqlamayıb.

Xatırladaq ki, jurnalist Bob Vudvord “Müharibə” kitabında Trampın komandasındakı mənbələrə və Ağ Ev rəsmilərinə istinadən yazıb ki, eks-prezident vəzifədən getdikdən sonra Vladimir Putinlə yeddi dəfə telefonla danışıb. Kreml bunu təsdiqləməyib

Xatirə SADİQ