“İstanbuldakı görüşün vaxtı hələ bəlli deyil” - CNN
Rusiya ilə Ukrayna nümayəndə heyətləri arasında hələlik görüş təyin olunmayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunu CNN telekanalı Tükiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən bildirib.
Rusiyanın danışıqların bu gün səhərə təyin edildiyi və sonra günortaya təxirə salınması ilə bağlı bəyanatlarına cavab olaraq mənbə hansı beynəlxalq nümayəndələrin Türkiyədə olduqları və cümə axşamı harada olduqları ilə bağlı məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın “texniki” nümayəndə heyəti, bəzi ABŞ məmurları İstanbulda, Ukrayna prezidenti Volodimir Zelenski Abnkarada, NATO ölkələri üzrə xarici işlər nazirləri Antalyadadır.
Bu gün səhər Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova bildirib ki, İstanbulda Rusiya-Ukrayna danışıqları günün Türkiyə tərəfinin təşəbbüsü ilə ikinci yarısına qədər ertələnib.
Xatirə SADIQ