AKP Hakan Fidanın əleyhinə yazılar sifariş edib? - Bu sözlərinə görə

Türkiyənin xarici işlər naziri Hakan Fidanın KAAN qırıcılarının mühərrikləri ilə bağlı açıqlaması gərginliyə səbəb olub.

Oct 1, 2025 - 23:42
AKP Hakan Fidanın əleyhinə yazılar sifariş edib? - Bu sözlərinə görə

SAVASHMEDİA.az xəbər verir ki, CHP-nin kölgə xarici işlər naziri sayılan Namık Tan H.Fidanın açıqlamasından sonra “Bizə KAAN-ın yerli və milli istehsal olacağı deyilmişdi. Lakin elə deyilmiş, Mühərriklərini xaricdən almalıyıq. Öz istehsalımız olmayan təyyarənin ABŞ-dən alınacaq təyyarədən heç bir fərqi yoxdur” deyib. 

Artan narazılıqlar fonunda Türkiyə müdafiə sənayesinin sədri Haluk Görgün Hakan Fidanın açıqlamasına düzəliş edib. O bildirib ki, milli döyüş təyyarəsi KAAN-ın yerli mühərrikinin hazırlanma prosesi planlaşdırıldığı kimi gedir. Türkiyə milli qırıcının mühərriklə təmin edilməsi məsələsində ABŞ-dən asılı deyil. 

"Sözcü" qəzeti jurnalist Barış Tərkoğluna istinadən yazır ki, XİN rəhbərinin KAAN açıqlaması AKP-də də narazılıqla qarşılanıb:

“Hakan Fidanı tənqid edənlər də var, müdafiə edənlər də. Lakin müdafiə edənlər belə onun açıqlamasını kobud səhv adlandırırlar. Hətta iqtidara yaxın bəzi jurnalistlərdən Hakan Fidan əleyhinə yazıların yazılması istənilib. Bu ikitirəliyin əsas səbəbi də AKP daxilində nüfuz savaşının getməsidir. KAAN-la başlayan partiyadaxili mübahisə Ərdoğandan sonra AKP-də kimin ən güclü olacağı ilə bağlıdır.

Xatırladaq ki, Hakan Fidan bir neçə gün öncə mətbuat konfransında KAAN-ın istehsalının gecikmə səbəbini açıqlayıb:

“ABŞ ilə CAATSA (Amerikanın Düşmənlərinə Qarşı Sanksiyalarla Mübarizə Aktı) problemi həll olunmalıdır. “F-35” və KAAN üçün lazım olan mühərrikin lisenziyası dayandırılıb. Onlar lisenziyanı bərpa etməlidirlər ki, biz mühərrikləri ala bilək.  Lakin əksi təqdirdə ABŞ ilə olan məhdudiyyətlər bizi beynəlxalq sistem daxilində alternativ həll yolları axtarmağa məcbur edəcək".

Banu