“Vəzifədən azad olunmağımı xahiş etmişəm” - Kadırovdan şok açıqlama

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov tutduğu vəzifədən azad olunmasını xahiş edib.

May 6, 2025 - 16:56
“Vəzifədən azad olunmağımı xahiş etmişəm” - Kadırovdan şok açıqlama

SAVASHMEDİA.az xəbər verir ki, bunu “Çeçnya Seqodnya” agentliyinə müsahibəsində Kadırov deyib. 

“Mən də bu söz-söhbətləri eşitmişəm. Müxtəlif şeylər yazırlar. Əksinə, mən özüm vəzifəmdən azad olunmağımı xahiş etmişəm. Başqasının da öz təşəbbüsləri, öz baxışı olacaq. Ümid edirəm ki, xahişim dəstəklənəcək”, - deyə Kadırov mümkün istefası ilə bağlı məlumatları şərh edərkən bildirib.

Xatirə SADİQ