Ərdoğan CHP sədrinə uduzdu - 1 milyon lirə istəyirdi
HP sədri Özgür Özəl 2024-cü il oktyabrın 31-də Esenyurt Bələdiyyə Başçısı Əhməd Özerin həbsindən sonra mitinqdə çıxışı zamanı prezident Ərdoğan haqqında söylədiyi ifadələrə görə məhkəməyə verilmişdi.
İddiada Özəlin “Prezidenti təhqir” və “böhtan” ittihamları ilə mühakimə olunması və 1 milyon lirə mənəvi təzminat ödəməsi tələb edilib.
SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə məhkəməsi prezident Ərdoğanının CHP sədri Özgür Özəl haqqında açdığı təzminat iddiası ilə bağlı qərarını açıqlayıb.
Məhkəmə prezident Ərdoğanın mənəvi təzminat üçün 1 milyon lirə tələb etdiyi iddianı rədd edib.
Qərarda Özəlin sözlərinin şiddətli tənqid xarakteri daşıdığı, fikirlərində hər hansı təhqir və böhtanın olmadığı bildirilib.
Oğuz