"Bunu bir kənara yazın - 26 oktyabr" - Poroşenko

Ukraynada prezident seçkiləri 2025-ci il oktyabrın 26-na təyin edilib. 

Feb 16, 2025 - 20:13
"Bunu bir kənara yazın - 26 oktyabr" - Poroşenko

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.

Ukraynanın Censor.net nəşri Poroşenkonun sözlərindən sitat gətirib: “Bunu bir kənara yazın yazın – bu ilin 26 oktyabrı”. 

O, müxtəlif mənbələrin, o cümlədən Prezident Aparatı və seçki bülletenlərini hazırlayan Ukrayna Poliqrafiya Zavodunun məlumatlarına istinad edib.

Ukraynada 2024-cü ilin martına təyin edilmiş prezident seçkiləri hərbi vəziyyətə görə təxirə salınıb.

Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTX) Poroşenkoya qarşı sanksiyalar tətbiq edib .

Daha sonra Ukrayna prezidenti Vladimir Zelenski ölkədən çıxarılan pullarını Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcəyi təqdirdə, Ukraynanın beşinci prezidentinə qarşı Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarının ləğv edilməsinə icazə verib.

Yağmur