“Pentaqonda sübutlar var, koreyalıların orada nə işi var?” – ABŞ müdafiə naziri

“Şimali Koreya qoşunlarının Rusiyada olmasına dair Pentaqonun sübutları var”.

Oct 23, 2024 - 16:34
“Pentaqonda sübutlar var, koreyalıların orada nə işi var?” – ABŞ müdafiə naziri

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin Romada jurnalistlərə bildirib. 

Pentaqon rəhbəri bildirib ki, qurumun analitikləri bu məsələni araşdırırlar: “Biz Şimali Koreya qoşunlarının Rusiya ərazisinə keçdiyinə dair sübutlar görürük. Onlar məhz orada nə edirlər, bax bunu aydınlaşdırmaq lazımdır”.

Ostin qeyd edib ki, əgər KXDR ordusunun niyyəti Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etməkdirsə, bu, çox ciddi məsələdir və təkcə Avropaya deyil, Hind-Sakit okean regionuna da öz təsirini göstərəcək.

Xatirə SADİQ