"Sənə nə var, arıqsan, mən onu yeyə bilmərəm" - Aleksandr Lukaşenko Kazanda + VİDEO
Belarus prezidenti Aleksandr Lukaşenko Kazan hava limanında qarşılanma mərasimi zamanı kömbəni öpüb.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, BRİKS sammitinə gələn Lukaşenkonu təyyarədən enəndən sonra Tatarıstan rəhbəri Rüstəm Minnixanov qarşılayıb.
Sonra ənənəyə görə Belarus dövlət başçısına “çak-çak” və kömbəyə qonaq olmaq təklif edilib. Minnixanovla birlikdə şirniyyatdan dadan Belarus prezidenti kömbəni öpüb.
“Sən məni elə şeyə qonaq edirsən ki, onu mənə yemək olmaz. Sənə nə var, arıqsan”, - deyə Lukaşenko Tatarıstan prezidentinə söyləyib.
Xatirə SADİQ