“Münaqişələr üçüncü ölkələrə yayılmamalıdır” - Çin lideri narahatdır

“Münaqişələrin üçüncü ölkələrə yayılmasının və gərginləşmənin qarşısını almaq lazımdır”.

Oct 23, 2024 - 15:38
“Münaqişələr üçüncü ölkələrə yayılmamalıdır” - Çin lideri narahatdır

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu BRİKS ölkələrinin başçılarının sammitdəki görüşündə Çin sədri Si Cinpin deyib.

“Ukrayna böhranının uzanması kontekstində Çin, Braziliya və Qlobal Cənub ölkələri sülh dostları qrupu yaradıblar”, - deyə Si Czinpin xatırladıb. 

Onun sözlərinə görə, bu qrup sülhə dəstək üçün daha çox səsləri birləşdirməyə istiqamətlənib. 

Çin lideri qeyd edib ki, münaqişələrin sıçrayışının, hərbi əməliyyatların genişlənməsinin qarşısını almaq və qızışdırmaqdan imtina etmək prinsiplərinə əsaslanaraq, vəziyyətin sürətlə gərginsizləşdirilməsinə kömək etmək vacibdir.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın əvvəlində üçüncü ölkənin – Şimali Koreyanın münaqişəyə qarışacağını açıqlayıb. Onun sözlərinə görə, Şimali Koreya münaqişə zonasına 10 min əsgər göndərməyə hazırlaşır. 

Moskva və Pxenyan bu məlumatı təkzib edib. 

Cənubi Koreya kəşfiyyatı isə Uzaq Şərqdəki Rusiya poliqonlarında 1,5 min Şimali Koreya əsgərinin olduğu barədə məlumat yayıb. 

Xatirə SADİQ