Merkel Baydeni təriflədi - “Onun sayəsində…”
“ABŞ-nin keçmiş prezidenti Co Bayden çox balanslı qərarları ilə Ukraynaya hansı yardımın və ona hansı silahların tədarük olduğunu göstərdi”.
SAVASHMEDİA.az xəbəbr verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel “Die Zeit” qəzetinin təşkil etdiyi tədbirdə deyib.
Merkelin fikrincə, Baydenin sayəsində Kiyevin tərəfdaşları Ukraynanı suveren, demokratik dövlət olaraq qalması və Rusiyanın bu müharibədə qalib gəlməməsi üçün dəstəkləyə bilər. Amma eyni zamanda tərəfdaşlar ehtiyatlı davranmalıdır.
Merkel bildirib ki, hazırkı kansler Olaf Şoltsun Ukraynaya “Taurus” qanadlı raketləri verməkdən imtinasını başa düşür: “Düşünürəm ki, bunun müəyyən səbəbləri var”.
Xatirə SADİQ