“Roskosmos”un baş direktorunun taleyi bir gecədə həll edildi 

“Roskosmos” Kosmik Sənayesi üzrə Dövlət Korporasiyasının baş direktoru Yuri Borisov vəzifəsindən azad edilib.

Feb 6, 2025 - 14:14
“Roskosmos”un baş direktorunun taleyi bir gecədə həll edildi 

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbəbr verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Məlumata əsasən, bu vəzifəyə Dmitri Bakanov təyin olunub. 

“Roskosmos”dakı mənbə “RBC” telekanalına bildirib ki, dövlət korporasiyasının əksər əməkdaşları cümə axşamı səhərə qədər kadr qərarından xəbərsiz olublar. 

“Hər şey bir gecədə baş verdi”, - deyə mənbə vurğulayıb. 

Onun sözlərinə görə, kadr qərarları Moskvada Xruniçev adına Dövlət Elmi-İstehsalat Kosmik Mərkəzinin ərazisində tikilən Milli Kosmik Mərkəzin layihəsinin həyata keçirilməsinin parametrləri ilə bağlı qeyri-müəyyənlik fonunda qəbul edilib. 

“Tikinti xərcləri artır və buna görə də ərazilərin bölgüsü dəyişir və gələcək istismar xərcləri ilə bağlı sual yaranır”, - deyə mənbə izah edib.

Yeni baş director Dmitri Bakanov nəqliyyat nazirinin müavini olub. Onun 39 yaşı var. Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetini iqtisadçı ixtisası üzrə bitirib. İqtisad elmləri namizədidir. 2011-2019-cu illərdə “Qonets” peyk systemi şirkətinə əvvəlcə prezident, sonra isə baş direktor vəzifəsində rəhbərlik edib.

Xatirə SADİQ