Alim Qasımov hansı xəstəlikdən müalicə alır? - "Bir-iki gün yaxşı oluram, sonra..."

Xalq artisti Alim Qasımovun səhhətində problem yaranıb.

Feb 6, 2025 - 14:22
Feb 6, 2025 - 14:23
Alim Qasımov hansı xəstəlikdən müalicə alır? - "Bir-iki gün yaxşı oluram, sonra..."

SAVASHMEDİA.az xəbər verir ki, bu haqda xanəndə "İncə səhər" verilişində deyib.

A.Qasımov problemlərin ondan əl çəkmədiyini bildirib:

"Problem iki qanadlıdır. Uçur... Problem olur, düzəlir. Həyat belədir. Ayağım şişdi.  Soyuqdəymədən yaranıb. Bizdə buna "yel" deyirlər, həkimlər isə revmatizm. Həkimlər dedi ki, ayağında şiş var. Yeriyəndə rahatlığımı alıb. Dərmanlar qəbul edirəm. Bir-iki gün yaxşı olur, sonra yenə ağrılar başlayır. Şükür Allahın məsləhətinə".

Yağmur