Almaniya kanslerliyinə namizəd Trampı tənqid etdi – “Bu, tanıdığımız Amerika deyil”

Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merts ABŞ-də baş verən son hadisələrdən narahatlığını ifadə edib. 

Feb 6, 2025 - 14:40
Almaniya kanslerliyinə namizəd Trampı tənqid etdi – “Bu, tanıdığımız Amerika deyil”

SAVASHMEDİA.az xəbər verir ki, “Politico” alman siyasətçisinin Zinqendəki mitinqindən məlumat yayıb. 

Merts bildirib ki, Dönald Trampın ikinci prezidentlik dönəmindəki Amerika əvvəllər tanıdıqları ölkə deyil.

“Məmurların, Ədliyyə Nazirliyinin, prokurorluğun necə fəaliyyət göstərməsi, onların hamısını qovması, uzun illər həbsə məhkum edilmiş insanları əfv etməsi Amerika üçün fəsadlara səbəb olacaq”, - deyə Merts xəbərdarlıq edib.

Nəşr qeyd edib ki, bu xəbəbrdarlıq ABŞ federal hökumətinin kadrları ixtisara salması, Trampın vəzifəyə başlayan kimi xarici yardımların kəsməsi, eləcə də Trampın hərbi güc tətbiqini istisna etmədən Qəzza zolağı, Qrenlandiya və Panama kanalına nəzarəti ələ keçirmək ambisiyaları fonunda səsləndirilib. 

Qeyd edək ki, Almaniyada növbədənkənar parlament seçkiləri fevralın 23-də keçiriləcək. 

Xatirə SADİQ