“Mirage 2000” qırıcısı Kiyevə təhvil verildi

Fransa hakimiyyəti ilk “Mirage 2000” qırıcısını Ukraynaya verib.

Feb 6, 2025 - 14:49
“Mirage 2000” qırıcısı Kiyevə təhvil verildi

SAVASHMEDİA.az xəbəbr verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornü sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, ukraynalı hərbçilər bu hərbi texnikadan istifadə etmək üşün Fransada hərbi təlim keçiblər.
 
“Onlardan birincisi bu gün Ukraynaya gəlib. İndi göyərtəsində bir neçə ay Fransada təlim keçən ukraynalı pilotlarla birlikdə təyyarə Ukrayna səmasının qorunmasında iştirak edəcək”, - deyə nazir yazıb.

Fransanın “Mirage 2000D” qırıcı təyyarələri ilə Ukrayna ordusunu təmin edəcəyi ilə bağlı məlumat 2023-cü ilin sentyabrında yayılmışdı. 

Xatirə SADİQ