Rusiyanın aktivlərinin dondurulmasına son verilməyəcək 

G7 ölkələri Rusiyanın suveren aktivlərinin dondurulması prosesini Ukraynada müharibə bitdikdən sonra da saxlamağı planlaşdırır.

Oct 22, 2024 - 15:05
Rusiyanın aktivlərinin dondurulmasına son verilməyəcək 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” nəşri G7-dəki mənbələrinə və Avropa İttifaqının yüksək vəzifəli şəxslərinə istinadən məlumat yayıb. 

Məlumatda deyilir ki, G7 liderləri bu ay bu məsələ ilə bağlı bəyanat verəcəklər. Bəyanatda bildiriləcək ki, Rusiya Ukraynaya dəymiş ziyanı ödəməyincə, bu ölkənin suveren aktivləri dondurulmuş vəziyyətdə qalacaq.

“Biz təsdiqləyirik ki, Rusiya təcavüzünü dayandırana və Ukraynaya vurduğu ziyanı ödəyənə qədər Rusiyanın bizim yurisdiksiyalarımızdakı suveren aktivləri hərəkətsiz qalacaq”, - deyə hazırkı sədrin, İtaliyanın hazırladığı bəyanat layihəsində deyilir. 

Layihədə qeyd olunur ki, ölkələr bloku Kiyevə 50 milyard dollar kreditə zəmanət verəcək.

Xatirə SADİQ