Tuneldə boğularaq həyatını itirənin kimliyi bilindi - Açıqlama
Bakıda yağış suları “Sabunçu keçidi” adlanan ərazidə tunelə dolub.
SAVASHMEDİA.az xəbər verir ki, nəticədə iki nəfər tuneldə boğularaq həlak olub.
Xatırladaq ki, həmin tuneldə “Ford” markalı avtomobil də batıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.
Məlumatda bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.