“Romeo və Cülyettanın” ulduzlarından biri vəfat etdi

Məşhur “Romeo və Cülyetta” bədii filminin baş qəhrəmanlarından birini oynayan britaniyalı kinoaktrisa Oliviya Hassi 73 yaşında vəfat edib.

Dec 28, 2024 - 10:55
“Romeo və Cülyettanın” ulduzlarından biri vəfat etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə məlumat “İnstagram”da paylaşılıb.

“Oliviya ehtiras, sevgi, sənətə bağlılıq, mənəviyyat və xeyirxahlıqla dolu bir həyat yaşadı”, - deyə məlumatda vurğulanıb.

“San Francisco Chronicle”-a açıqlamasında rejissor Mark Hyustis bildirib ki, Hassi xərçəng xəstəliyindən vəfat edib. 2008-ci ildə aktrisaya döş xərçəngi diaqnozu qoyulub, 2018-ci ildə isə residiv olub.

Məşhur italyan rejissoru Franko Zeffirellinin “Romeo və Culyetta” filmində rol alanda Hassi 16 yaşında idi. Romeo rolunda çəkilən Leonard Uaytinq ondan bir yaş böyük idi. Kinematoqrafiya tarixində özünəməxsus yer tutan bu ölməz əsər böyük populyarlıq qazanmışdı. Film 4 “Oskar”la mükafatlandırılmışdı.  

Xatirə SADİQ