“Qəza ilə bağlı saxta xəbərlərə yol verilməməlidir” – Qazaxıstan prezidenti

Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”nın “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı təxribatlara və saxta xəbərlərə yol verilməməlidir. 

Dec 28, 2024 - 15:02
“Qəza ilə bağlı saxta xəbərlərə yol verilməməlidir” – Qazaxıstan prezidenti

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Qaslm-Jomart Tokayev deyib. Onun çıxışından sitatları dövlət başçısının mətbuat xidməti “telegqam”da paylaşıb. 

“Prezident informasiya təxribatlarının və saxtakarlıqların qarşısının alınmasının vacibliyini qeyd edib. Bundan əlavə, o, bütün ölkə ərazisində aviasiya təhlükəsizliyinin vəziyyətinin diqqətlə öyrənilməsinin vacibliyini bəyan edib”, - deyə məlumatda vurğulanıb. 

Tokayev həmçinin Qazaxıstan Baş Prokurorluğuna digər səlahiyyətli orqanlarla birlikdə təyyarə qəzasını hərtərəfli və obyektiv şəkildə araşdırmağı tapşırıb.

Xatirə SADİQ