Ermənistan Azərbaycandan hansı məhsulları almaq istəyir?
Ermənistan Azərbaycandan müxtəlif məhsullar idxal etməkdə maraqlıdır.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan iki ölkə arasında ticarət əlaqələrinin inkişaf perspektivlərini şərh edərkən deyib.
O, iki ölkə arasında ticarətin perspektivlərinə dair məqalə hazırladığını və bu məqalənin tezliklə elmi jurnalda dərc olunacağını qeyd edib.
"Biz araşdırmalıyıq ki, Azərbaycandan gələcək məhsullar bizim idxal ehtiyaclarımızı ödəyir, yo yox. Eyni zamanda biz Azərbaycana nə təklif edə bilərik? Bu o deməkdir ki, biz bir-birimizlə hansı malların ticarətini apara bilərik", - nazir vurğulayıb.
Oğuz