Kim Çenin bacısı Zelenskiyə qəzəbləndi - Təhqiramiz ifadələr

Şimali Koreya liderinin Kim Çenin bacısı Kim Yo Çjon təhqiramiz açıqlaması ilə diqqət çəkib.

Oct 22, 2024 - 14:52
Kim Çenin bacısı Zelenskiyə qəzəbləndi - Təhqiramiz ifadələr

Belə ki, o, Cənubi Koreya və Ukraynanı “ABŞ tərəfindən yetişdirilən tərbiyəsiz itlər” adlandırıb. 

SAVASHMEDİA.az xarici KİV-ə istinadla xəbər verir ki, o bu  barədə Koreya Mərkəzi Xəbər Agentliyindəki şərhində yazıb.

Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini vəzifəsini daşıyan Kim Yo Çjon bildirib ki, bu iki dövlət almanın yarısı kimi eynidir.

“Nüvə silahı olan dövlətlərə qarşı geridönməz cəfəngiyyatlar danışmağa cəsarət edən, vurnuxan, dilənən Seul və Kiyevin davranışlarına baxsaq, onlar bənzərdirlər, almanın yarısı kimi eynidirlər”, - KXDR rəhbərinin bacısı bildirib.

Onun sözlərinə görə, bu cür davranış “ABŞ tərəfindən yetişdirilən tərbiyəsiz itlər” üçün xarakterikdir.

Bundan öncə Kim Çen Inın bacısı Vaşinqtonun Kiyevə yardımını kobud səhv adlandırmışdı. 

O, Ukrayna prezidenti Volodimir Zelenskini ölkəsini öz siyasi ambisiyalarına qurban verməkdə ittiham edib və qeyd edib ki, “ABŞ-nin nüvə çətiri” onu Rusiyadan xilas etməyəcək.

Xatirə SADİQ