Məşhur türk aktyor tanınmaz halda – Sevənləri şoka düşdü + FOTO

“Yeşilçam”ın ustad aktyoru Rüştü Asyalı tanınmaz hala düşüb.

Aug 5, 2025 - 21:34
Məşhur türk aktyor tanınmaz halda – Sevənləri şoka düşdü + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, aktyor “Keloğlan” serialında yeni adlı obrazı canlandırıb. Serialdan sonra “Sefer seferde”, “Yaman delikanlı” kimi filmlərə çəkilsə də, Rüştü Asyalı könüllərdə “Keloğlan” olaraq taxt qurub. Sözügedən filmlərdən sonra kinolara çəkilməyə son verərək teatr fəaliyyətinə başlayıb.

1970-ci illərdən bu günə qədər Dövlət Teatrlarında aktyor və rejissor kimi fəaliyyət göstərir.

“Keloğlan”ın son halı isə sevənlərini təəccübləndirib. Şəklini görənlər onun tamamən dəyişdiyini, lakin yaşına rəğmən gənc qaldığını bildiriblər.

Qeyd edək ki, türkiyəlilərlə yanaşı azərbaycanlı tamaşaçıların da maraqla seyr etdiyi 4 seriyadan ibarət “Keloğlan” serialı 1971-75-ci illərdə çəkilib.

Banu

Fotolarda: Şükrü Asyalı