Qreta Tunberq ikinci dəfə İsraildən deportasiya olunur
İsveçli ekofəal Qreta Tunberq İsraildən deportasiya edilən 70-dən çox adam arasında olacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Times of Israel” yazır.
Məlumata görə, fəalların göyərtəsində olacağı təyyarə İsrailin cənubundakı Ramon hava limanından qalxaraq Afinaya enəcək.
Tunberq özü İsveç səfirliyinə şikayət edib ki, İsrail təcridxanasında susuzluqdan əziyyət çəkir, çünki “qeyri-kafi miqdarda su və qida” alıb.
Səfirlik xəbər verib ki, fəalın sözlərinə görə, o, “səpib” və şübhə edir ki, buna səbəb “taxtabitilər” olub. O, danışıb ki, kobud rəftara məruz qalıb və uzun müddət sərt səthlərdə oturmaq məcburiyyətində olub.
Qəzza zolağına daxil olmağa cəhd edən donanmadan indiyədək ümumilikdə 170 fəal deportasiya edilib. Avqustun sonlarında yola çıxan “Sumud” donanması fəalların Qəzza zolağında İsrailin mövcud olan çoxillik dəniz blokadasına növbəti etiraz cəhdi idi. Oxşar cəhdlərin iyun və iyul aylarında da qarşısı alınıb.
Xatirə SADİQ