Natanzdakı nüvə obyekti ikinci dəfə vuruldu 

İsrail ordusu (IDF) İranın uranın zənginləşdirilməsi obyektinə ikinci zərbəni endirib.

Jun 13, 2025 - 16:46
Natanzdakı nüvə obyekti ikinci dəfə vuruldu 

SAVASHMEDİA.az bu barədə “Associated Press” (AP) agentliyinə istinadən xəbər verir. 

AP yazır ki, söhbət artıq səhər saatlarında hücuma məruz qalan Natanzdakı obyektdən gedir.

IDF həmin obyekti vurduğunu təsdiqləyib və İranda uranın ən böyük zənginləşdirilməsi obyekti adlandırıb. Bu obyektin İranda uzun illərdir nüvə silahı yaratmaq üzərində işlədiyi və uranı hərbi səviyyəyə qədər zənginləşdirmək üçün lazım olan infrastruktura malik olduğu vurğulanıb.

Zərbələr nəticəsində obyektin yeraltı hissəsinə zərər dəyib. Bu ərazidə sentrifuqalar, elektrik otaqları və əlavə dəstək infrastrukturu olan çoxmərtəbəli zənginləşdirmə sexi var. Bundan əlavə, obyektin fasiləsiz işləməsini və İran rejiminin nüvə silahı əldə etmək səylərini təmin edən mühüm infrastruktur zərbə altına düşüb”, - deyə xəbərdə bildirilir.

Xatırladaq ki, MAQATE İsrailin hücumlarından sonra İranın nüvə obyektlərinin radiasiya səviyyəsində artımın olmadığı barədə bəyanat yayıb.

Xatirə SADİQ