Kəşfiyyat iranlı komandanları bir yerə yığmaq üçün hiylə işlədib - İsrailli zabit

İsrail öldürücü zərbələrdən əvvəl İran Hərbi Hava Qüvvələri rəhbərlərini görüşdürmək üçün hiylə işlədib.

Jun 13, 2025 - 16:53
Jun 13, 2025 - 17:49
Kəşfiyyat iranlı komandanları bir yerə yığmaq üçün hiylə işlədib - İsrailli zabit

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Fox News” telekanalına İsrailin təhlükəsizlik xidmətinin zabiti deyib. 

“Biz onlar haqqında daha çox öyrənmək üçün müəyyən tədbirlər gördük və sonra bu məlumatdan onların davranışlarına təsir etmək üçün istifadə etdik. Biz bilirdik ki, bu, onları görüşməyə vadar edəcək, amma daha da vacibi, onları orada necə saxlamağı bilirdik”, - deyə zabit vurğulayıb.

Məmur əlavə edib ki, zərbələr İsrailin gözlədiyindən daha uğurlu olub.

Xatirə SADİQ