Mətbuat katibi niyə cəmi 5 gün işləyə bildi? - Əri ilə Trampı səhv salıbmış + Bu da VİDEOSU

ABŞ Prezidenti Donald Trampın yeni mətbuat katibi Keyti Zakariya vəzifəyə başladıqdan cəmi beş gün sonra işdən azad edilib.

Oct 17, 2026 - 01:19
Mətbuat katibi niyə cəmi 5 gün işləyə bildi? - Əri ilə Trampı səhv salıbmış + Bu da VİDEOSU

SAVASHMEDİA.az xəbər verir ki, Zakariya oktyabrın 9-da Ağ Evin mətbuat katibi vəzifəsinə təyin olunmuşdu. 

O, oktyabrın 13-də keçirdiyi ilk brifinqdə təxminən 14 dəqiqə ərzində əvvəlcədən hazırlanmış mətni oxuyub, jurnalistlərin isə cəmi üç sualını cavablandırıb.

Brifinq zamanı Zakariya şəxsi həyatı ilə bağlı sualı cavablandırarkən maraqlı səhvə yol verib. Dörd uşağını böyütməklə vəzifəsinin tələblərini necə uzlaşdıracağı barədə danışan Zakariya ərindən bəhs edərkən səhvən “mənim prezidentim” deyib. Ardınca özünü düzəldərək “bağışlayın, ərim” ifadəsini işlədib.

Onun bu çıxışı mediada tənqidlərə səbəb olub. Oktyabrın 16-da isə Zakariyanın vəzifədən ayrıldığı məlum olub. 

Səlcuq

Həmin videonu təqdim edirik: