İlon Mask bu yardımın əleyhinə çıxdı - “Bu, Ok deyil”

Donald Trampın administrasiyasında vəzifə tutmağa hazırlaşan milyarder İlon Mask prezident Co Baydenin Ukraynaya silah yardımı üçün Konqresdən əlavə 24 milyard dollar istəməsinə münasibət bildirib.

Nov 27, 2024 - 14:41
İlon Mask bu yardımın əleyhinə çıxdı - “Bu, Ok deyil”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İlon Mask “X” platformasında cavab verib.

Mask belə yazıb: “Bu, okay deyil”. 

Trampın seçkiqabağı kampaniyyasına milyonlarla dollar sərmayə qoyan Mask 47-ci prezidentin xarici liderlərlə,  o cümlədən Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon söhbətlərində iştirak edib. Mask ABŞ prezidentliyinə keçmiş namizəd Vivek Ramasvami ilə birlikdə Tramp administrasiyasında yeni yaradılmış Dövlət Aparatının Səmərəlilik Məsələləri üzrə Nazirliyinə rəhbərlik edəcək. 

Xatirə SADİQ