“Mossad”ın İrandakı əməliyyatının təfərrüatları məlum oldu
İsrailin kütləvi informasiya vasitələri “Mossad”ın İran ərazisində apardığı əməliyyatının təfərrüatlarını açıqlayıb.
SAVASHMEDİA.az bu barədə Ynet portalına istinadən xəbər verir.
Məlumata görə, İsrail ordusu (IDF) və “Mossad” birgə əməliyyatı bir neçə il ərzində hazırlanıb. Bu əməliyyata “Mossad agentlərinin yeridilməsi, silahların gizli yerləşdirilməsi və Tehran yaxınlığında kamikadze-dron bazasının yaradılması daxil olub.
“Mossad” qrupları İranın zenit qurğularının yaxınlığındakı açıq ərazilərdə əvvəlcədən silahlar yerləşdirib. Bu sistemlər hava hücumunun başlaması ilə eyni vaxtda işə salınıb və əvvəlcədən müəyyənləşdirilmiş hədəfləri vurub
İrana gizli yolla gətirilən avtomobillərə də “kamuflyajlı hücum vasitələri” yerləşdirilib. Onlar gecə İranın hava hücumundan müdafiə sistemlərinə qarşı buraxılıb, bu isə İsrail qırıcılarına sərbəst hərəkət etmək imkanı qazandırıb.
Hücumun üçüncü hissəsi daxildən fəaliyyət göstərən dronlara əsaslanıb. “Mossad” agentlərinin Tehran yaxınlığında yaratdıqları bazadan pilotsuz uçuş aparatları gecə saatlarında aktivləşdirilib və Asfahabad bazasındakı yer-yer tipli raket buraxılış sistemləri üzərinə buraxılıb.
İranlı komandirlərin və alimlərin öldürülməsinə gəlincə, onların İsrail Hərbi Hava Qüvvələri və pilotsuz təyyarələr tərəfindən eyni vaxtda hücuma məruz qaldığı iddia edilir.
İsrail indiki mərhələdə Tehrandakı yüksək rütbəli hökumət məmurlarını hədəfə almamaq qərarına gəlib, lakin İDF yaxın saatlarda və günlərdə əlavə müxtəlif hücum dalğalarına hazırlaşır.
İDF həm də Suriya və İraqda iranpərəst silahlı qruplaşmaların kampaniyaya qoşulacağı təqdirdə onlara hücum etməyə hazırlaşır.
Xatirə SADİQ