"Aclıqdan ölməyəcəyik, bir yolunu taparıq" - İran prezidenti 

“Əgər ABŞ qəfildən İranla danışıqlar prosesindən çəkilmək qərarına gəlsə və ona qarşı daha da böyük sanksiyalar tətbiq etsə, İranda heç kim aclıqdan ölməyəcək”.

May 26, 2025 - 14:53
"Aclıqdan ölməyəcəyik, bir yolunu taparıq" - İran prezidenti 

SAVASHMEDİA.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Bizimlə danışıqlar aparmaq istəməsələr və bizə qarşı daha çox sanksiyalar tətbiq etmək istəsələr, aclıqdan öləcəyimiz doğru deyil. Çıxış yolu tapacağıq”, - prezident bildirib.

Məsud Pezeşkian qeyd edib ki, belə bir vəziyyətdə iranlılar birləşməli və birgə hərəkət etməlidirlər.

Səlcuq