Bu ölkə 13 ildən sonra Suriyada səfirliyini bərpa edir

Qətər zəruri prosedurları başa çatdırandan sonra səfirliyini Dəməşqə qaytaracaq. 

Dec 11, 2024 - 17:04
Bu ölkə 13 ildən sonra Suriyada səfirliyini bərpa edir

SAVASHMEDİA.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

XİN nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari qeyd edib ki, Suriya müxalifətinin hakimiyyətə gəlməsindən sonra səfirliyin işinin bərpasını texniki qərardır. Diplomat hansı prosedurlardan söhbət getdiyinə və səfirliyin nə vaxt işə başlayacağına aydınlıq gətirməyib. 

“Bu gün Dəməşqdə keçid hökumətidir. İndi belə texniki qərar barədə danışmaq tezdir, lakin mən təsdiqləyə bilərəm ki, Qətər qardaş Suriya xalqı ilə müsbət qarçılıqlı hərəkətdədir”, - deyə əl-Ənsari vurğulayıb.

O, həmçinin Qətərin Suriya hökuməti ilə diplomatik əlaqələri kəsməsinin səbəbindən danışıb: “Qətər o cinayətləri qəbul edə bilməzdi”.

Dekabrın 8-də Suriyanın Qətərdəki səfirliyində ölkənin azad edilməsi bayram edilib. Bu, Dəməşqin üsyançılar tərəfindən tutulmasından sonra baş verib. Qətər də öz növbəsində BMT-nin qətnaməsinə uyğun olaraq Suriyada siyasi prosesləri dəstəkləyəcəyini vəd edib.

Xatırladaq ki, dekabrın 10-da Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Dəməşqdə səfirliyin açılması istiqamətində işlərə başladığını açıqlayıb. 

2012-ci ildə Türkiyə təhlükəsizlik baxımından Suriyadakı səfirliyini bağlamışdı. 

Xatirə SADİQ