Avropa Parlamenti polyaklarla həmrəylik göstərəcək
Avropa Parlamenti bu gün Rusiya pilotsuz uçuş aparatlarının (PUA) Polşaya müdaxiləsini müzakirə edəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avroparlamentin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
“Rusiya PUA-ları tərəfindən Polşanın hava məkanının bilərəkdən pozulması və Avropa İttifaqının (Aİ) Polşa ilə həmrəyliyini necə nümayiş etdirə biləcəyi Komissiyanın iştirak etdiyi fövqəladə plenar müzakirənin mövzusu olacaq”, - deyə məlumatda bildirilir.
Səhər sessiyasının gündəliyində bu məsələ dördüncü olacaq.
Polşanın baş naziri Donald Tusk bundan öncə qeyd etmişdi ki, Avropa liderləri Polşanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək etməyi təklif ediblər.
İsveç artıq Polşaya bildirib ki, ölkəyə hava hücumundan müdafiə sistemləri və təyyarələri göndərəcək.
Xatirə SADİQ