Makron avropalıları xoşbəxt vassal asılılığından qurtulmağa çağırıb

Fransa prezidenti Emmanuel Makron yaranmış mövcud durumda avropalıları risk, ambisiya və güc zövqlərini yenidən kəşf etməyə çağırıb.

Feb 28, 2025 - 14:23
Makron avropalıları xoşbəxt vassal asılılığından qurtulmağa çağırıb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Portuqaliyaya iki günlük dövlət səfəri zamanı Makron avropalıların həmişəkindən daha çox birlik və güclü olmasının, Birləşmiş Ştatların “xoşbəxt vassal asılılığı”ndan əl çəkməyin vacibliyindən danışıb. 

“Mən bizim Avropada “amerikalılara münasibətdə xoşsifət olmalıyıq, bu keçəcək, biz kürəyimizi əyməliyik” deyən bir çox insan görürəm. Ancaq cavab təslim olmaq deyil və mən xoşbəxt vassallaşmanın tərəfdarı deyiləm. Avropalıları bir şeyə əmin etmək olar: onlar birləşməli və həmişəkindən daha güclü olmalıdırlar. Biz mütləq çox dərin seçimlər etməliyik... texnoloji, sənaye (və) müdafiə məsələlərində”, -  deyə Makron innovasiyalar və süni intellekt mövzusunda startap inkubatorunda keçirilən görüş zamanı bildirib.

Bununla belə, Makron ukraynalı həmkarı Vladimir Zelenskinin Vaşinqtona səfərinin çox yaxşı iş olduğunu söyləyib. 

“Mən Ukraynanın əhəmiyyətini və onun suverenlik və avropalıların təhlükəsizliyi uğrunda ekzistensial mübarizəsini izah etməyə çalışdım”, - deyə Fransa prezidenti Vaşinqtona səfərini xatırladıb. 

Xatirə SADİQ