Zaur Hüseynovun yaxın adamı işdən çıxarıldı

Bakı Metropoliteni QSC-də idarə rəisi işdən çıxarılıb.

Feb 28, 2025 - 14:25
Zaur Hüseynovun yaxın adamı işdən çıxarıldı

SAVASHMEDİAz.az qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə qurumun sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.

Əmrlə QSC-nin Maliyyə departamentinin rəisi Fərhad İbrahimov vəzifəsindən azad olunub.

Qeyd edək ki, Fərhad İbrahimov ötən ilin dekabrında vəzifəsindən azad olunan Bakı Metropoliten QSC-nin sədri Zaur Hüseynovun ən yaxın adamı idi.