Bu ölkənin müdafiə naziri qəfildən Kiyevə gəldi – “Ukrayna tək deyil...”
Almaniyanın müdafiə naziri Boris Pistorius yanvarın 14-də səhər saatlarında elan olunmamış səfərlə Kiyevə gəlib.
SAVASHMEDİA.az bu barədə “DW” portalına istinadən xəbər verir.
Pistorius bildirib ki, Ukrayna hökuməti ilə Rusiyanın təcavüzünə qarşı Kiyevə əlavə hərbi dəstəyi müzakirə etmək istəyir.
“Mənim üçün bu səfərlə Ukraynanı fəal şəkildə dəstəkləməkdə davam etdiyimizi göstərmək vacibdir. Bu, Avropada NATO-nun ən iri ölkəsi kimi Almaniyanın Ukraynanın tərəfində dayandığı barədə siqnaldır. Özü də tək deyil, beş ölkə və bir çox digər müttəfiqlərlə birlikdə”, - deyə alman nazir nəzərə çatdırıb.
Xatirə SADİQ