"Tramp yolu" bu rejimdə işləyəcək - Paşinyan açıqladı

Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamə əsasında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz yolun təmin edilməsindən danışıb.

Aug 21, 2025 - 12:39
"Tramp yolu" bu rejimdə işləyəcək - Paşinyan açıqladı

SAVASHMEDİA.az xəbər verir ki, o, yolun sadələşdirilmiş rejimdə işləyəcəyini deyib.

“Vaşinqton Bəyannaməsində bu məsələ ilə bağlı beş prinsip aydın şəkildə göstərilib: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq”, - Nikol Paşinyan bildirib.

O qeyd edib ki, sərhəd-keçid məntəqələrində sadələşdirmələr olacaq:

“Təkcə Ermənistan-Azərbaycan sərhəd məntəqələrində deyil, həm də bütün sərhəd məntəqələrində sadələşdirəcəyik ki, biznes mühiti - ixrac, idxal, tranzit mümkün qədər sadələşsin, bu, istənilən halda biznes fəaliyyəti üçün ən münasib və vacib mühitdir. Prosedurlar - beş prinsipin nəzərdə tutduğu şeylər orada olmalıdır. Bu beş prinsipdə hər şey nəzərdə tutulur, amma forma başqa məsələdir”.

N.Paşinyan əlavə edib: “Beş prinsip çərçivəsində uyğun gələn istənilən sadələşdirməyə hazırıq”.