Viktor Orbandan daha bir ruspərəst cəhd – “Sanksiyalara yenidən baxın!”

Macarıstanın baş naziri Viktor Orban növbəti dəfə Avropa İttifaqını (Aİ) Rusiyaya qarşı sanksiyalar siyasətinə yenidən baxmağa çağırıb.

Jan 22, 2025 - 08:18
Viktor Orbandan daha bir ruspərəst cəhd – “Sanksiyalara yenidən baxın!”

SAVASHMEDİA.az xıəbır verir ki, bu çağırışı Viktor Orban “X” hesabında yazıb.  

Orban hesab edir ki, sanksiyalar müharibəyə son qoymadı və Rusiya iqtisadiyyatına xələl gətirmədi.

Onun sözlərinə görə, Avropa Rusiya enerjisini digər mövcud mənbələrlə əvəz edə bilmədi.

“Brüssel bürokratlarının hazırladığı sanksiyalar bir şeyə nail oldu: Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini məhv etdi. Dəyişikliklər vaxtı gəlib çatdı!" – deyə baş nazir bildirib.

Xatirə SADİQ