Britaniyanın əsas partiyaları Trampa şikayət etdilər

Britaniyanın üç ən böyük siyasi partiyasının nümayəndələri özəl olaraq ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın müttəfiqlərini milyarder İlon Maskla münasibətlərinə yenidən baxmağa çağırıblar.

Jan 7, 2025 - 16:27
Britaniyanın əsas partiyaları Trampa şikayət etdilər

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, hazırda Kir Starmerin təmsil etdiyi hakim Liberal  Partiyası, müxalifətdə olan Mühafizəkarlar Partiyası və BB İslahat Partiyası amerikalı milyarderlə ABŞ-nin seçilmiş prezidenti arasında ittifaqın uzun müddət davam edib-etməyəcəyini və Maskın ictimai fəaliyyətinin hansı risklər yaratdığını sual edir.

Trampın müttəfiqləri ilə sön günlər aparılan müzakirələr zamanı bəziləri Maskın postlarının hətta Britaniyadakı dostları və tərəfdarları arasında da seçilmiş prezidentin reputasiyasına xələl gətirdiyini iddia ediblər.

Agentlik qeyd edib ki, Britaniyanın Maskdan şikayətləri Trampın bəzi tərəfdarları arasında milyarderin ABŞ-nin gələcək administrasiyasına təsirindən narazılıq əlamətləri fonunda baş verir.

Trampın çevrəsinə, həm də Britaniya siyasətinə yazən həmsöhbətlərdən biri agentliyə deyib ki, Maskın bu həftəsonu BB İslahatlar Partiyasının lideri Naycel Faracla ictimai mübahisəsi milyarderin Trampla əlaqəsinin də pozulmaq üzrə olduğu ehtimalı yaradıb. Mənbələr qeyd ediblər ki, Trampın bəzi müttəfiqləri britaniyalı həmkarları ilə söhbətlərində Maskın onlayn fəaliyyəti ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Trampın komandasına yaxın olan başqa britaniyalı siyasətçi Maskın sərhədləri aşmasından narahat olduqlarını və onun seçilmiş prezident üçün risk yaratdığı qənaətinə gəldiklərini söyləyib.

Xatırladaq ki, britaniyalı siyasətçilərin şikayətləri Maskın “X” sosial şəbəkəsində Londonun daxili siyasəti ilə bağlı bir sıra təxribat xarakterli açıqlamalar verdikdən sonra başlayıb.

Xatirə SADİQ