Məşhur nağaraçılar qavaldaşa görə məhkəməlik oldular
Bu barədə jurnalist Raminə Eyvazqızı sosial şəbəkə hesabında paylaşım edib.
"Ritm" qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinovun vaxtilə komandasında olan nağaraçı, "Amarok" zərb alətləri qrupunun rəhbəri Ramil Cahangirova qarşı məhkəmədə qaldırdığı iddia ilə bağlı yekun məhkəmə iclası keçiriləcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə jurnalist Raminə Eyvazqızı sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilir ki, yekun iclas sabah Sumqayıt Şəhər Məhkəməsində keçiriləcək.
Xalq artisti bir ildir ki, məhkəmələrdə R.Cahangirovun onun patentləşdirdiyi qavaldaş maketini mənimsədiyini və ona uyğun özünə alət düzəltdiyini iddia edir. Bir neçə dəfə ekspertiza aparılsa da, konkret rəy və qərar verilməyib.
N. Şirinov qarşı tərəfə 55 min manatlıq təzminat iddiası qaldırıb.