Tramp Qəzzanı belə görmək istəyir – “İnstagram”da bölgəni "kurorta çevirdi" + VİDEO
ABŞ prezidenti “İnstaqram” səhifəsində müharibə zamanı dağıdılan Qəzzanın kurorta çevrilməsi ilə bağlı video yerləşdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, kadrlarda Mask, Tramp abidəsi, “Trump Qaza” oteli və Ağ Ev rəhbərinin özü bir neçə dəfə görünür.
Kadrlardan birində amerikalı prezident İsrailin baş naziri Binyamin Netanyahu ilə “Trump Qaza” otelində şezlonqda dincəlir, oriyental rəqsi ifa edən rəqqasələrlə əylənir.
İndi dağıntılar arasında yaşayan fələstinli uşaqlar isə göydən yağan pulları tutur, üzərində Trampın başının təsvir olunduğu şar gəzdirir.
Görünür, video süni intellektin köməyi ilə hazırlanıb, çünki kadrlarda saqqallı rəqqasələr görmək olar.
Bundan öncə Tramp demişdi ki, Birləşmiş Ştatlar Qəzza zolağının “Yaxın Şərqin Rivyerası”na çevrilməsi üçün onu nəzarətə götürəcək və bunun üçün fələstinlilər Qəzzanı tərk etməlidirlər.
Qeyd edək ki, video sosial şəbəkələrdə tənqidlərə səbəb olub. İstifadioçilərdən biri Trampa səs verdiyini yazıb və ondan diqqətini Amerikaya cəmləməsini istəyib. Digər istifadəçi bildirib ki, Tramp tərəfdarı kimi hesab edir ki, dəhşətli postdur. Başqa amerikalı qeyd edib ki, bəlkə də Kamalaya səs verməli idi.
Xatirə SADİQ