Etiraz aksiyasının məkanı dəyişdirildi – Tiflisdə

Gürcüstan müxalifəti tərəfdarlarını bu gün saat 15:00-da İdman Sarayının deyil, Apellyasiya Məhkəməsinin qarşısında toplaşmağa çağırıb. 

Nov 5, 2024 - 13:35
Etiraz aksiyasının məkanı dəyişdirildi – Tiflisdə

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə “Dəyişiklik uğrunda Koalisiya”nın liderlərindən biri Nika Melia sosial şəbəkədə yazıb.

O, qeyd edib ki, bu gün Apelyasiya Məhkəməsində seçki məntəqələrində səsvermənin nəticələrinin ləğvi ilə bağlı qeyri-hökumət təşkilatlarının şikayətlərinə baxılacaq.

Nika Meliya bildirib ki, Tbilisi Apelyasiya Məhkəməsinə gəlmək və bu məsələyə ədalətlə baxılmasını tələb etmək mühümdür. Meliya bu addımı bütün Gürcüstan üzrə atmağa dəvət edib.
 
O, xatırladıb ki, dünəndən bəri Titritskaroda hakim Vladimir Xuçuanın 30-a yaxın seçki məntəqəsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul etməsi mühüm hüquqi presedent yaradıb. 

Xatırladaq ki, hakim bu qərarı səsvermə zamanı seçicinin iradəsinin məxfiliyinin pozulması ilə əsaslandırıb.

Xatirə SADİQ