ABŞ prezidentindən Kremlin açıqlamasına reaksiya – “Mənə deyilənlər belə deyil”
Ukraynada hər iki tərəf üçün məqbul olacaq sülhməramlı missiyanın formatını razılaşdırmalıdır.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Tramp jurnalistlərə bildirib.
Avropa ölkələrindən hərbi personalın daxil olacağı missiyanın formatının Rusiya üçün qəbuledilməz olduğu barədə Kremlin açıqlama verdiyi barədə suala Tramp belə münasibət bildirib: “Mənə deyilənlər belə deyil”.
Amerikalı prezident qeyd edib ki, Ukraynada müəyyən formada sülh dəstəyinə ehtiyac olacaq.
“Hamını qane edəcək bir şey ediləcək. Bu, mənim müzakirə etdiyimdir. Hər kəs üçün məqbul olacaq sülh dəstəyi forması. Sonunda, əminəm ki, biz nəyisə razılaşdıra biləcəyik”, - deyə Tramp əlavə edib.
Bundan öncə Tramp demişdi ki, Rusiya lideri Vladimir Putin potensial atəşkəs çərçivəsində Ukraynadakı Avropa sülhməramlılarına qarşı çıxmayacaq.
Xatirə SADİQ