“Associated Press” Ağ Evə buraxılmadı 

Tramp administrasiyası “Associated Press” (AP) agentliyinə Ağ Evdə keçirilən tədbirlərdə iştirakına qadağa qoyub. 

Feb 12, 2025 - 17:12
“Associated Press” Ağ Evə buraxılmadı 

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə agentliyin icraçı redaktoru Culi Peys bildirib. 

Onun sözlərinə görə, Ağ Ev agentlikdən Meksika körfəzini Amerika körfəzi adlandırmağı tələb edir və bu, baş verməyə kimi AP tədbirlərdə iştirak edə bilməyəcək.

Peys bildirib ki, artıq fevralın 11-də günortadan sonra AP müxbiri Oval ofisə – prezidentin əmri imzalama mərasiminə buraxılmayıb. 

İcraçı direktor vurğulayıb ki, jurnalistlərin rəsmi tədbirlərə çıxışının məhdudlaşdırılması ictimaiyyətin müstəqil xəbərlərə çıxışına ciddi şəkildə mane olur və ölkədə söz və mətbuat azadlığını təmin edən ABŞ Konstitusiyasına Birinci düzəlişi pozur.

Peys izah edib ki, AP beynəlxalq xəbər agentliyi olaraq, yeni adı tanıyarkən körfəz üçün qlobal addan istifadə etməyə də davam edəcək. Agentlik eyni zamanda Denali dağının adının Makkinli olaraq dəyişdirilməsinə razılıq verib, çünki o ABŞ ərazisində yerləşir. 

Xatirə SADİQ