Berlin Polşanın təzminat tələbini rədd etdi
Polşa prezidenti Karol Navrotski Berlinə səfəri zamanı İkinci Dünya müharibəsinə görə təzminat tələb edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Stern” nəşri yazır.
Nəşrin məlumatına görə, prezident Frank-Valter Ştaynmayer və kansler Fridrix Merts polyak prezidentinin təzminat tələbini rədd ediblər.
Staynmeyer bildirib ki, bu məsələ “Almaniya nöqteyi-nəzərindən yekun olaraq və qanuni şəkildə həll olunub”.
Almaniya kansleri Fridrix Merts də ölkə prezidentinin mövqeyini dəstəkləyib.
Navrotski isə təzminat məsələsinin qanuni yolla həll olunmadığını qeyd edərək, öz tələblərindən geri çəkilmək niyyətində olmadığını nümayiş etdirib. Onun fikrincə, Almaniya Polşaya 1,3 trilyon avro ödəməlidir.
Xatirə SADİQ