Kiyevdə bu qurumun daimi nümayəndəliyi açılır

Avropa Parlamenti Ukrayna ilə gündəlik əməkdaşlıq üçün Kiyevdə daimi nümayəndəliyini açacaq.

Sep 17, 2025 - 15:14
Kiyevdə bu qurumun daimi nümayəndəliyi açılır

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin prezidenti Roberta Metsola Ukrayna Ali Radasında çıxışı zamanı bildirib. 

Ukraynalı deputatlara müraciət edən Metsola Kiyevə “əməkdaşlığı daha da gücləndirmək” üçün gəldiyini bildirib.

“Biz burada, Kiyevdə Avropa Parlamentinin daimi nümayəndəliyini açırıq ki, biz Ukraynada olaq və burada, sizin yanınızda, hər gün işləyə bilək”, - deyə Metsola vurğulayıb. 

O, əlavə edib ki, bu addım ukraynalılara olan öhdəlikləridir və onlar bunu yerinə yetirirlər.

“Biz burada sizinləyik və qalmaq üçün buradayıq. Biz həm də deyirik: siz heç vaxt tək olmayacaqsınız. Sülh bərqərar olanda, siz bərpa olunanda və yenidən qurulanda biz sizinlə yanaşı dayanmaqda davam edəcəyik”, - Avropa Parlamentinin başçısı söz verib. 

Qeyd edək ki, Avropa Parlamentinin prezidenti Roberta Metsola bu gün Kiyevə səfər edib. 

Xatirə SADİQ